
Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi
Almaniyanın “Volfsburq” klubunda baş məşqçi Mark van Bommel istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bundesliqada “Frayburq”a 0:2 hesablı məğlubiyyətdən sonra Bommellə yollar ayrılıb.
“Volfsburq” Bundesliqada 13 xalla 9-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin