Kruzenin yeni klubu bilindi

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Yunion”dan Maks Kruzeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Almaniya yığmasında 14 oyun keçirən Kruze daha əvvəl, 2015/2016 mövsümündə də “Volfsburq”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button