Türkiyə millisinin üzvü Bundesliqada klubunu dəyişdi
Almaniyanın “Verder” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Borussiya”dan (Dortmund) Ömər Toprakı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında “Verder”də keçirəcək.
Son mövsümdə “Borussiya”da 14 oyuna çıxan Toprak, Türkiyə millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin