Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı FOTO
Almaniyanın “Sankt Pauli” klubunun futbolçusu Enver Cenk Şahinin Türkiyə ordusunun Suriya ilə sərhəddə apardığı hərbi əməliyyatlara dəstək göstərdiyi üçün müqaviləsinə xitam verdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Türkiyəyə qayıdıb. Enver Cenk Şahin Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və yığmanın baş məşqçisi Şenol Günəşlə görüşüb.
Enver Cenk Şahinin yetirməsi olduğu “Başakşəhər” klubu ilə məşqlərə çıxacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin