Azərbaycan millisinin sabiq üzvü: “Mənim işim qol vurmaqdır”

Almaniyanın “Şalke” klubunun əvəzedici komandasında çıxış edən Rüfət Dadaşov Regional Liqanın 3-cü turunda “Borussiya”ya (Münhenqladbax) qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az “reviersport.de” saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu, görüşdə yeganə qolu vurub və komandasına 1:0 hesablı qələbə qazandırıb. Dadaşov, oyunla bağlı bunları deyib:

“Hər zaman komandanın lideri olmaq isəyirəm. Mənim işim qol vurmaqdır. U-23 komandası hər zaman əsas komanda üçün bir model olur. Son vaxtlar burdan əsas komandaya yüksələn futbolçular olub. Mən hazırda bu haqda düşünmürəm. Diqqətim U-23 komandasındadır”.

Dadaşov ABŞ-ın “Feniks Rizinq” klubundan “Şalke”yə keçidi haqda da fikirlərini bildirib:

“Həyat yoldaşımla danışdıq və artıq Almaniyaya qayıtmaq lazım idi. “Şalke” bizim üçün uyğun yer oldu”.

Rüfət Dadaşov Azərbaycan yığmasında 24 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button