19 yaşlı amerikalı Premyer Liqa nəhənglərinin “radar”ında
Almaniyanın “Şalke” klubunun gənc futbolçusu Mettyu Hoppe yeni mövsümdən İngiltərədə çıxış edə bilər.
Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem” yaxından maraqlanır. Bu barədə “90min” portalı məlumat yayıb. Premyer Liqa təmsilçiləri yayda amerikalı futbolçunu transfer etməyə çalışacaq.
Hoppe bu mövsüm Bundesliqada 11 oyunda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin