“Şalke” baş məşqçisini istefaya göndərdi
Almaniyanın “Şalke” klubu baş məşqçisi Manuel Baumla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, “Şalke”də komandanın bu mövsümkü uğursuz çıxışlarına görə Baumla yolların ayrıldığı bildirilib.
Manuel Baum bu ilin sentyabrından “Şalke”ni çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda Bundesliqada 12 turdan sonra 4 xalla sonuncu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin