
Premyer Liqa klubunda yeni hücumçu
Almaniyanın “Maynts” klubunun futbolçusu Jan-Filipp Mateta karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu “Kristal Pelas”a keçib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Mateta 2022-ci ilin yayına qədər icarə əsasında “Kristal Pelas”da çıxış edəcək.
Mateta “Maynts”la bu mövsüm Bundesliqada 15 oyunda 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin