“Leyptsiq”in futbolçusu “Arsenal”ın “radar”ında
Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Kristofer Nkunku karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Arsenal” klubu maraqlanır. Bu barədə “Sky Germany” nəşri məlumat yayıb. London klubu Nkunkunu mövsümün sonuna qədər izləyəcək. “Topçular” fransız futbolçunun performansından razı qalsalar, yayda “Leyptsiq”lə danışıqlara başlayacaqlar.
2019-cu ildən “Leyptsiq”də çıxış edən Nkunkunun “transfermarkt”da dəyəri 40 milyon avrodur. Yarımmüdafiəçi bu mövsüm 31 oyunda 7 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin