“Liverpul” onun üçün 40 milyon avro ödəyəcək

Almaniyanın “Leyptsiq” klubunun futbolçusu İbrahima Konate karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, “Liverpul” klubu 21 yaşlı müdafiəçinin transferini tamamlamağa yaxındır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, Mersisayd təmsilçisinin Konate üçün “Leyptsiq”lə 40 milyon avroya razılaşdığı bildirilib.

Konate bu mövsüm Bundesliqada 9 oyunda 1 qol vurub. Fransalı müdafiəçi ilə daha əvvəl İngiltərədən “Arsenal” və “Mançester Yunayted” maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button