“Mançester Siti” futbolçusunu “Leyptsiq”ə satdı – rəsmi
Almaniyanın “Leyptsiq” klubu icarə əsasında komandada çıxış edən Anxelinyonun transer hüquqlarını alıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı cinah müdafiəçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Anxelinyo ötən ilin yanvarında “Mançester Siti”dən icarə əsasında “Leyptsiq”ə keçmişdi. Almaniya təmsilçisi 18 milyon avro ödəyərək müdafiəçinin transfer hüquqlarını alıb.
Anxelinyo bu mövsüm “Leyptsiq” ilə 29 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin