
“Leyptsiq”də yeni futbolçu – rəsmi
Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Herta”dan Lazar Samarciçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb.
Samarciç yeni komandasında 20 nömrəli formada mübarizə aparacaq. “Herta”nın yetirməsi olan yarımmüdafiəçi 20 yaşadək futbolçulardan ibarət Almaniya millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin