Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Leyptsiq” klubu futbolçusu Tayler Adamsın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 21 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2019-cu ilin yanvarında “Leyptsiq”ə keçən Adamsın əvvəlki müqaviləsi 2023-cü ilin yayına qədər idi.
ABŞ milli komandasının da üzvü olan müdafiəçi, bu mövsüm “Leyptsiq”lə Bundesliqada 5 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin