“Leyptsiq” milli üzvü ilə müqaviləni yenilədi

Almaniyanın “Leyptsiq” klubu futbolçusu Dominik Soboslainin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Soboslai 2021-ci ilin yanvarından “Leyptsiq”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 12 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Soboslai Macarıstan milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button