Ermənistan millisinin üzvü Bundesliqa klubunda
Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi, “Reqensburq”dan Sarkis Adamyanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Erməni futbolçuyla 2022-ci ilə qədər müqavilə imzalanıb.
Adamyan bu mövsüm “Reqensburq” formasıyla 2-ci Bundesliqada 32 qarşılaşmada iştirak edərək, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.
Ermənistan millisinin də şərəfini qoruyan 25 yaşlı hücumçunun transfer dəyəri 1,5 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin