Bundesliqa klubunda koronavirusa 3 yeni yoluxma
Almaniyanın “Herta” klubunda baş məşqçi Pal Dardai koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Herta”da baş məşqçi Dardai ilə yanaşı, onun köməkçisi Admir Hamzaqiç və hücumçu Dodi Lukebakioda da koronavirus aşkarlanıb.
“Herta” Bundesliqada 15-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin