“Mançester Siti”nin yetirməsi Bundesliqa klubunda

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Seltik”dən Dedrik Boyatanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı müdafiəçiylə razılaşmanın detalları açıqlanmayıb.

“Seltik”lə müqaviləsi mövsümün sonunda bitəcək belçikalı futbolçu “Herta”ya azad agent kimi keçəcək.

“Mançester Siti”nin yetirməsi olan Boyata, 16 dəfə Belçika millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button