Kevin-Prins Boatenqin yeni klubu bilindi
Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi son mövsümü İtaliyanın “Montsa” klubunda keçirən Kevin-Prins Boatenqi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent kimi “Herta”ya keçən 34 yaşlı yarımmüdafiəçi klubla 1 illik müqavilə imzalayıb.
Boatenq daha əvvəl 2005-2007-ci illər aralığında da “Herta”da çıxış edib. Qanalı yarımmüdafiəçi bundan başqa, İspaniyada “Barselona”, İtaliyada “Milan”, Türkiyədə “Beşiktaş” kimi klubların da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin