Daha bir türkiyəli futbolçu Azərbaycan millisinə “yox” dedi
Almaniyanın “Darmştadt” klubunda forma geyinən Sərdar Dursun Azərbaycan millisindən təklif alıb.
Komanda.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu Türkiyə mətbuatına açıqlamasında deyib. O, AFFA-dan təklif aldığını, ancaq “yox” cavabı verdiyini bildirib:
“Azərbaycan milli komandasında oynamaq üçün təklif aldım. Görüşdük, milli komandalarında məni görmək istədiklərini dedilər. Ancaq mən Türkiyə milli komandasında oynamaq istədiyimi dedim”.
Karyerası ərzində Türkiyənin “Əskişəhərspor”, “Dənizlispor”, “Şanlıurfaspor” klublarında çıxış edən Sərdar, 2018-ci ildən “Darmştadt”da forma geyinir.
Sərdardan əvvəl “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar AFFA-dan təklif almış, ancaq cavabı “yox” olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin