“Mançester Siti”yə keçmək ağılsızlıq olardı” – alman futbolçu
Almaniyanın “Borussiya” (Mühenqladbax) klubunun futbolçusu Luka Nets üç il əvvəl “Mançester Siti”dən (İngiltərə) təklif alıb.
Komanda.az xəbər verir ki, bu barədə 18 yaşlı müdafiəçi “Bild” nəşrinə açıqlamasında deyib. O, həmin vaxt “Mançester Siti”yə keçməyin mənasız olduğunu deyib:
“Düşünürəm ki, “Mançester Siti”yə keçmək ağılsızlıq olardı. Gənc idim və hələ yeni başlayırdım. İndi olsa belə, yenə təklifi rədd edərdim. Mənim planlarım var və Premyer Liqaya getmək üçün hələ çox tezdir. “Borussiya”da oynamaq, təcrübə qazanmaq və daha sonra irəli getmək mənim üçün vacibdir”.
“Herta” klubunun yetirməsi olan Nets bu ilin avqustunda “Borussiya”ya keçib. Alman futbolçu bu mövsüm Bundesliqada 5 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin