“Borussiya”nın kapitanı AÇ-2020-dən imtina etdi
Almaniyanın “Borussiya” klubunun futbolçusu Marko Roys AÇ-2020-ni buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə alman yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. Dortmund təmsilçisinin kapitanı istirahətə ehtiyacının olduğu və yeni mövsümə daha yaxşı başlamaq istədiyi üçün AÇ-2020-də iştirak etməyəcəyini bildirib.
Almaniya millisində 44 oyuna çıxan Roys 13 qol vurub.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Almaniya yığması turnirdə Fransa, Macarıstan və Portuqaliya milli komandaları ilə qarşılaşacaq.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin