Haland ancaq bu şərtlə “Barselona”ya keçə bilər
Almaniyanın “Borussiya” klubunun futbolçusu Erlinq Haland yayda “Barselona”ya keçə bilər.
Komanda.az xəbər verir ki, norveçli hücumçunun Kataloniya təmsilçisinə keçmək üçün yalnız bir şərti var. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Haland “Barselona”nın Çempionlar Liqasına vəsiqə qazanacağı halda, bu kluba keçə bilər. Kataloniya təmsilçisi mövsümün sonunda turnirdə iştirak hüququ əldə etməsə, 21 yaşlı hücumçu “Barseloan”dan imtina edəcək.
“Barselona” Halandı heyətinə qatmaq üçün planlar qurur. Klubun yayda maliyyə vəziyyəti yaxşılaşsa, bir nömrəli hədəf Haland olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin