“Borussiya”da yeni müqavilə – rəsmi
Almaniyanın “Borussiya” klubu futbolçusu Feliks Passlakla müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir. Bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Passlak 2016-cı ildən “Borussiya”da çıxış edir. Alman müdafiəçi bu mövsüm Bundesliqada 6 oyuna çıxıb.
Passlakın əvvəlki müqaviləsi yaya qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin