“Borussiya”dan 250 milyon avroluq anlaşma
Almaniyanın “Borussiya” klubu (Dortmund) “Puma” şirkəti ilə olan əməkdaşlıq müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Puma” ilə olan müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Dortmund təmsilçisi bu əməkdaşlıqdan ildə 30 milyon avrodan çox qazanacaq. Ümumilikdə isə 8 il üçün 250 milyonluq qazanc nəzərdə tutulub.
“Borussiya” ilə “Puma” arasında olan əvvəlki müqavilənin müddəti 2022-ci ilə qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin