“Borussiya”nın 17 yaşlı yeni rekordçusu
Almaniyanın “Borussiya” (Dortmund) komandası Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda İngiltərə “Mançester Siti”sinə məğlub olub.
Komanda.az xəbər verir ki, 1:2 hesabıyla bitən qarşılaşmada meydan sahiblərinin yeganə qolunu vuran Cud Bellinqem “Borussiya”nın tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Mançester Siti” ilə matçda hesabı açan Bellinqem “Borussiya”nın Çempionlar Liqasında qol vuran ən gənc futbolçusu ünvanını qazanıb. İngilis yarımmüdafiəçi qolunu 17 yaş 289 günlüyündə vuraraq, tarixə keçib.
Dortmund “Borussiya”sı Çempionlar Liqasının 1/4 final mərhələsində hər iki oyunda “Mançester Siti”yə 1:2 hesabıyla məğlub olaraq, turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin