“Hara gedirəmsə, Haland haqda danışırlar” – “Borussiya” rəsmisi
Almaniyanın “Borussiya” (Dortmund) klubunun meneceri Hans-Yoahim Vatske komandanın hücumçusu Erlinq Haland haqda danışıb.
Komanda.az xəbər verir ki, “Bild” nəşrinə danışan funksioner, norveçli futbolçu ilə İspaniyanın “Real” klubunun maraqlandığını söyləyib:
“Hara gedirəmsə, Haland haqda danışırlar. Tək bildiyim şey “Real”ın onunla yaxından maraqlanmasıdır. Haland gedə də bilər, qala da. Bir neçə gün əvvəl onun meneceri Mino Rayola ilə xüsusi söhbətim oldu. Qarşıdakı həftələrdə də yenidən görüşəcəyik. Hazırda bütün diqqətimiz Halandın məsələsində olan yeniliklərdədir.
İspaniyada Robert Levandovski və Erlinq Haland kimi güclü futbolçu yoxdur. Ulduzlarımızı Almaniyada saxlamağı bacarmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin