Kapitan koronavirusla mübarizədə sahibkarlara dəstək oldu
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Mark Roys xeyirxah addım atıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkəsində koronavirus pandemiyasına görə maddi zərərə uğrayan kiçik və orta sahibkarlara dəstək olub. Bu barədə Roys rəsmi “instagram” hesabından məlumat yayıb.
Dortmund klubunun kapitanı olan yarımmüdafiəçi maddi zərərə uğrayan sahibkarlara 500 min avro yardım edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin