Hakimi tənqid etdiyi üçün cərimələndi – “Borussiya”nın futbolçusu
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Cud Bellingem cərimələnib.
Komanda.az xəbər verir ki, ingilis yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda “Bayern”ə uduzduqları (2:3) oyundan sonra hakimlərlə bağlı danışdığı üçün 40 min avro məbləğində cərimələnib. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bellingem “Bayern”lə matçdan sonra baş hakim Feliks Zvayer haqda mübahisəli penalti təyin etdiyi üçün bunları deyib:
“Qərarlarla razı deyiləm. Oyunda verilən qərarlara baxa bilərsiz. Almaniyadakı ən böyük oyuna daha əvvəl adı danışılmış oyunlarda hallanan bir hakim verilir, bundan artıq nə gözləyirsiz?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin