Almanlar Getsenin yeni klubunu açıqladı
Almaniyanın “Borussiya” (Dortmund) klubundan ayrılan Mario Getsenin yeni komandası məlum olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Fransada davam etdirə bilər. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Getsenin “Monako” ilə razılıq əldə etdiyi və yeni mövsümdə Liqa 1 klubunun uğurları üçün çalışacağı bildirilib.
Getse ilə “Monako”dan başqa, “İnter”, “Roma” və “Milan” klubları da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin