Roys 300-ə çatdı

Almaniyanın “Borussiya” (Dortmund) klubu Bundesliqanın 22-ci turunda səfərdə “Şalke”ni məğlub edib – 4:0.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Borussiya”nın kapitanı Marko Roys üçün əlamətdar olub. Belə ki, “Şalke” ilə matç 31 yaşlı futbolçunun Bundesliqada 300-cü oyunu olub.

Roys bu matçlarda 130 qol vurub, 85 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Bundesliqada debütü 2009-cu ildə, Münhenqladbax “Borussiya”sında olub.

Roys 2012-ci ildən Dortmund “Borussiya”sında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button