Azərbaycan millisinin üzvü Avstriya klubunda FOTO
Almaniyanın “Bohum” klubunda forma geyinən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Barış Ekincier karyerasını Avstriyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Austriya Klaqenfurt” klubuna icarəyə verilib. Bu barədə Avstriya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Barış, 2019/20 mövsümünü “Austriya Klaqenfurt”da keçirəcək.
Barış, 2018-ci ilin yayında “Bohum”a keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin