“Barselona” ilə oyun ilk turun “bomba”sıdır”

Almaniyanın “Bayern” komandasının futbolçusu Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Noyer, matçla bağlı bunları deyib:

“Biz heç vaxt ötənilki oyunu unutmarıq. Ancaq indi bizi qrup mərhələsində böyük oyunlar və güclü mübarizə gözləyir. “Barselona” ilə oyun ilk turun “bomba”sıdır. Oyunu səbirsizliklə gözləyirik”.

Bu gün keçiriləcək “Barselona” – “Bayern” matçı saat 23:00-da start götürəcək.

“Bayern” ötən il Çempionlar Liqasının 1/4 finalında “Barselona”nı 8:2 hesabıyla məğlub edib.