“Bayern”in baş məşqçisində koronavirus aşkarlandı
Almaniyanın “Bayern” komandasının baş məşqçisi Yulian Naqelsmann koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, alman mütəxəssisin koronavirus testinin müsbət çıxdığı bildirilib.
“Bayern” daha əvvəl Naqelsmannın qrip olduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin