Xoşbəxt Naqelsmann
Almaniyanın “Bayern” komandasının baş məşqçisi Yulian Naqelsmann açıqlama verib.
Komanda.az xəbər verir ki, “The Times” nəşrinə danışan alman mütəxəssis, uzun illər Münhen təmsilçisində qalmaq istədiyini deyib:
“Bayern”lə imzaladığım beş illik müqavilənin ilk ilindəyəm. Burda daha uzun müddət qalmaq istəyirəm. Ümid edirəm ki, müqavilənin vaxtı bitəndə daha beş illik sözləşmə imzalayaram. Klubu və şəhəri çox sevirəm. “Bayern”də uğurlu olmaq istəyirəm”.
Naqelsmann, Xosep Qvardioladan sonra “Mançester Siti”ni çalışdıracağı iddialarıyla bağlı da fikirlərini söyləyib:
“Almaniyadan ayrılmağı düşünmürəm. Bundesliqada xoşbəxtəm və Almaniyanın ən böyük klubunda çalışıram. Nə üçün başqa bir ölkəyə gedim? Burda xoşbəxtəm. Daha xoşbəxt olmaq üçün harasa getmək lazım deyil”.
“Bayern” Bundesliqada 8 turdan sonra 19 xalla liderdir.
Bizi Facebook-da izləyin