
“Heç kim onun qədər bu mükafata layiq deyil” – Kan
Almaniyanın “Bayern” klubunun icraçı direktoru Oliver Kan komandanın hücumçusu Robert Levandovski haqda danışıb.
Komanda.az xəbər verir ki, Almaniya mətbuatına danışan Kan, polşalı hücumçu haqda bunları söyləyib:
“Levandovski 41 qol vurmaq üçün cəmi 29 oyun keçirdi. Bu, rekorddur və kiminsə bunu qıracağını düşünmürəm. Bunu ancaq o bacara bilər.
Robert dünyanın ən yaxşı hücumçusudur. “Qızıl top”u qazanmasa, məyus olacam. Heç kim onun qədər bu mükafata layiq deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin