Fransada doğul, əslin Qvineyadan olsun, özün də…

Almaniyanın “Bayern” klubunun futbolçusu Buna Sarr milli komanda seçimini edib.

Komanda.az xəbər verir ki, 29 yaşlı cinah müdafiəçisi Seneqal yığmasından gələn dəvəti qəbul edib. Bu barədə sözügedən ölkənin “Record” nəşri məlumat yayıb.

Fransada doğulan Buna Sarrın valideynləri Qvineyadandır. Futbolçunun bu ölkələrin yığmalarını da seçmək şansı var idi.

Sarr 2020-ci ilin oktyabrından “Bayern”də çıxış edir. O, bu mövsüm Bundesliqada 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button