“Bayern” karantinə alınan futbolçuların maaşlarını kəsəcək
Almaniyanın “Bayern” klubunun futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün karantinə alınıblar.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi karantində olan və koronavirusa qarşı peyvənd olunmayan futbolçuların maaşlarından pul tutacaq. Bu barədə “Bild” nəşri məlumat yayıb.
“Bayern” rəhbərliyi futbolçularının məvacibindən kəsəcək. Onların karantində olduqları müddət hesablanacaq və maaşlarından çıxılacaq.
Almaniya hökumətinin qərarına görə, peyvənd olunmayan və koronavirusa görə karantinə alınan şəxslər hökumətə pul ödəməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin