“Bayern”də koronavirusa yoluxanların sayı artdı
Almaniyanın “Bayern” klubunun daha iki futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçilər Lukas Hernandes və Tanqi Kuassinin koronavirus testi müsbət çıxıb. Hər iki oyunçunun səhhəti yaxşıdır və onlar evdə təcrid olunur.
“Bayern”də daha əvvəl Manuel Noyer, Korenten Tolisso, Kinqsli Koman və Omar Riçardsda koronavirus aşkarlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin