“Bayern” Levadovskiylə razılaşdı

Almaniyanın “Bayern” klubu futbolçusu Robert Levandovskiylə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi 33 yaşlı hücumçuyla razılığa gəlib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Levandovskiylə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər olacaq.

Levandovski bu mövsüm “Bayern”lə 10 oyunda 13 qol vurub. Polşalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.