“Bayern” milli üzvü ilə danışıqlar aparır
Almaniyanın “Bayern” klubu futbolçusu Kinqsli Komanın müqaviləsini yeniləmək istəyir.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi fransalı hücumçu ilə danışıqlar aparır. Bu barədə “Bild” nəşri məlumat yayıb. “Bayern” 25 yaşlı futbolçunu komandada saxlamaq üçün bütün imkanlarından istifadə edəcək.
Koman bu mövsüm “Bayern”lə 17 oyunda 5 qol vurub. Hücumçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin