“Bayern” “Barselona”lı futbolçunun meneceri ilə görüşdü
Almaniyanın “Bayern” klubu “Barselona”nın futbolçusu Frenki de Yonqla maraqlanır.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi niderlandlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Xəbərdə, “Bayern” nümayəndələrinin de Yonqun meneceri ilə görüşdüyü və oyunçu üçün təklifini bildirdiyi qeyd olunub. Almaniya klubu qış fasiləsində 24 yaşlı futbolçunun keçidini tamamlamaq niyyətindədir.
De Yonq bu mövsüm “Barselona” ilə 26 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin