
PSJ-dən “Bayer”ə – rəsmi
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Leverkuzen təmsilçisi PSJ-dən Mitçel Bakkeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı niderlandlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Almaniya mətbuatının xəbərinə görə, “Bayer” Mitçel üçün PSJ-yə 7 milyon avro ödəyib.
Niderlandlı müdafiəçi ötən mövsüm PSJ ilə 40 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin