Bundesliqa klubunda baş məşqçiylə yeni müqavilə
Almaniyanın “Bayer” klubu baş məşqçisi Peter Boşun müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 56 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssis 2018-ci ilin yayından “Bayer”i çalışdırır. Onun rəhbərlik etdiyi komanda hazırda Bundesliqada 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin