“Bavariya” və “Liverpul”un istədiyi futbolçuya qiymət qoydular
Almaniyanın “Bayer” klubu Avropanın nəhəng klublarının diqqət mərkəzində olan Kay Havertsin transfer dəyərini müəyyənləşdirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 100 milyon avrodan aşağı qiymətə satmaq haqda düşünmür. Bu barədə “Bayer”in baş məşqçisi Peter Boş Almaniya mətbuatına açıqlamasında deyib:
“Havertsi növbəti yayda sata bilərik. Bu, mümkündür. Dəyəri ən azı 100 milyon avro olan bir futbolçudur”.
“Bayer”lə 2022-ci ilin yayına qədər müqaviləsi olan Haverts, bu mövsüm Bundesliqada 22 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Almaniya millisinin də üzvü olan yarımmüdafiəçi ilə “Bavariya”, “Çelsi” və “Liverpul” yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin