
“Bavariya” “Napoli”yə uduzdu, Komanı itirdi
Almaniyanın “Bavariya” komandası yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşıb. Görüş Neapol təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
“Bavariya”nın futbolçusu Kinqsli Koman sözügedən matçda zədələnib. Fransalı yarımmüdafiəçi qarşılaşmanın 9-cu dəqiqəsində sıradan çıxıb. Komanın son durumu tibbi müayinədən sonra bilinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin