Rəsmi: “Bavariya”da prezident dəyişikliyi – İlk namizəd bilindi
Almaniyanın “Bavariya” klubunun prezidenti Uli Höness vəzifəsindən ayrılır.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Hönessin növbəti seçkilərdə iştirak etməyəcəyi bildirilib.
Prezident postuna artıq ilk namizəd də məlum olub. İlk namizəd “Adidas” şirkətinin İdarə Heyətinin keçmiş sədri Herbert Hayner olacaq. 15 noyabrda keçiriləcək prezident seçkilərinə qədər Höness vəzifəsində qalacaq. Prezident seçkilərində iştirak etməyən funksioner, 2023-cü ilə qədər “Bavariya”nın İdarə Heyətində yer alacaq.
Höness ilk dəfə 2009-cu ildə “Bavariya”nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri, vəzifəsindən məcburi kənarlaşdırılmışdı. Amma 2 il sonra o, yenidən prezident olmuşdu. Höness ümumilikdə 40 ildir Münhen klubunda çalışır.
Bizi Facebook-da izləyin