“Bavariya”nın futbolçuları məvaciblərinin 20 faizindən imtina etdilər

Almaniyanın “Bavariya” klubunun futbolçuları koronavirus pandemiyası səbəbiylə məvaciblərinin bir hissəsindən imtina ediblər.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin İdarə Heyətinin üzvü Oliver Kan klubun saytına koronavirus pandemiyasıyla bağlı görülən tədbirlər haqda danışarkən deyib.

O, “Bavariya”lı futbolçuların maaşlarının 20 faizindən imtina etdiklərini bildirib. Kan, futbolçularla yanaşı, məşqçilərin, Müşahidə Şurasının və İdarə Heyətinin də üzvlərinin məvaciblərinin 20 faizindən imtina etdiyini deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button