“Bavariya”da ötən mövsümün ən yaxşı futbolçusu
Almaniyanın “Bavariya” klubunda ötən mövsümün ən yaxşı futbolçusu məlum olub.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu, polşalı hücumçu Robert Levandovskidir. Azarkeşlər arasında keçirilən səsvermədə Levandovski 76 faiz səslə qalib olub.
İkinci sırada 10 faiz səslə Tomas Müller yer alıb. 3-cü isə Yozua Kimmix (6 faiz) olub.
Levandovski ötən mövsüm Bundesliqada 39 oyunda 41 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin