“Bavariya”nın yay üçün transfer planı
Almaniyanın “Bavariya” klubu yay transfer pəncərəsi dövründə üç futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Münhen təmsilçisinin Jerom Boatenq, Xavi Martines və Korentin Tolisso ilə yollarını ayırmaq niyyətində olduğu bildirilib.
Bundan başqa, “Bavariya” “İnter”dən icarəyə götürdüyü İvan Perişiçin də transfer hüquqlarına sahib olmaq istəyir. Münhen klubu Manuel Noyer və Tomas Müllerə isə yeni sözləşmə təklif edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin