“Bavariya”dan Fliklə bağlı açıqlama
Almaniyanın “Bavariya” klubu mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayan baş məşqçi Hans-Diter Fliklə bağlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi, alman mütəxəssisin müqaviləsini ləğv etmək istəyini hələ qəbul etmədiyini və onunla danışıqlar aparacaqlarını bildirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubdan edilən açıqlamada, 2023-cü ilə qədər müqaviləsi olan Fliklə Bundesliqanın 31-ci turunun “Maynts”la matçından sonra danışıqlar aparılacağı bildirilib.
Flik 2019-cu ilin noyabrından “Bavariya”nı çalışdırır. Münhen klubu onun rəhbərliyi altında 6 titul qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin